Sumqayıtda bərabərlik YENİLƏNDİ
Misli Premyer Liqasında 10-cu tura bu gün yekun vurulub.
Sportify.az xəbər verir ki, turun son oyununda “Sumqayıt” doğma meydanda “Şəfa”nı qəbul edib. Qonaqlardan Musa Quel 31-ci dəqiqədə hesabı açıb. 71-ci dəqiqədə isə “Sumqayıt”dan Ronaldo Vaskes tarazlığı bərpa edib. 1:1. Bu, oyunda son qol olub.
2 noyabr (bazar ertəsi)
19:00 : “Sumqayıt” – “Şəfa” 1:1
Qol: Ronaldo Vaskes, 71 – Musa Quel, 31
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Törə Əhmədova
“SOCAR Polymer Arena”,
X turun digər oyunlarında qeydə alınan nəticələr:
– “Turan Tovuz” – “Sabah” 3:2
– “Qəbələ” – “Qarabağ” 0:0
– “Araz-Naxçıvan” – “Zirə” 2:2
– “Kəpəz” – “İmişli” 1:0
– “Şamaxı” – “Neftçi” 2:3



No Comment! Be the first one.