Daniel Holostenko 2 il müddətinə diskvalifikasiya edildi
Azərbaycan boksçusu Daniel Holostenko antidopinq qaydalarını pozduğuna görə 24 ay müddətinə diskvalifikasiya olunub.
Sportify.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi məlumat yayıb.
Sanksiya Ümumdünya Antidopinq Məcəlləsinin 2.4-cü maddəsi — idmançının olduğu yer barədə məlumatlandırma (whereabouts) qaydalarının pozulması ilə bağlıdır.
Cəza 31 avqust 2026-cı il tarixində qüvvəyə minib və 31 avqust 2028-ci il tarixinədək davam edəcək.



No Comment! Be the first one.