Tçkayev finalda, Rəcəbli bürünc medal görüşündə - YENİLƏNDİ
Bakıda keçirilən dünya çempionatının dördüncü yarış günündə daha 2 çəki dərəcəsində mübarizə gedib.
Sportify.az xəbər verir ki, qadınlar 63 kq, kişilər 81 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.
Azərbaycanı qadınların yarışında Hanna Zaytseva təmsil edib. Polşalı legioner 1/16 finala təsadüf edən ilk görüşündəcə uduzaraq, mübarizəni dayandırıb.
Kişilərin yarışına isə 3 azərbaycanlı cüdoçu qatılıb.
Onlardan Vüsal Qələndərzadə ikinci görüşündə – 1/16 finalda uduzaraq, çıxışını başa vurub.
Ömər Rəcəbli bürünc medal görüşünə, Zelim Tçkayev isə finaladək irəliləyib.
Qələndərzadəni 1/16 finalda udan qazaxıstanlı Abilayxan Jubanazarı yarımfinalda məhz Tçkayev dayandırıb. Rəcəbli bürünc medal görüşündə Jubanayzarla üz-üzə gələcək.
Beləliklə, qazaxıstanlı cüdoçu Azərbaycanın hər 3 təmsilçisi ilə qarşılaşmalı olub.
Tçkayev isə finalda üçqat Avropa və üçqat dünya çempionu, Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, gürcüstanlı Tato Qriqalaşvili ilə görüşəcək.
Dünya çempionatı
7 oktyabr
Qadınlar
63 kq
1/16 final
Hanna Zaytseva – Anna Kriza (Macarıstan)
Kişilər
81 kq
1/32 final
Vüsal Qələndərzadə – Hristo Valkov (Bolqarıstan)
1/16 final
Zelim Tçkayev – Viktor Sterpu (Moldova)
Ömər Rəcəbli – Sibqatullah Arab (IRT)
Vüsal Qələndərzadə – Saad Dikayev (Estoniya)
1/8 final
Zelim Tçkayev – Nuqzari Tatalaşvili (BƏƏ)
Ömər Rəcəbli – Murodjon Yuldoşev (Özbəkistan)
Vüsal Qələndərzadə – Abilayxan Jubanazar (Qazaxıstan)
1/4 final
Zelim Tçkayev – Matias Kasse (Belçika)
Ömər Rəcəbli – Mihaylo Simin (Serbiya)
Təsəlliverici görüş
Ömər Rəcəbli – Naçe Herkoviç (Sloveniya)
1/2 final
Zelim Tçkayev – Abilayxan Jubanazar (Qazaxıstan)
Bürünc medal görüşü
Ömər Rəcəbli – Abilayxan Jubanazar (Qazaxıstan)
FİNAL
Zelim Tçkayev – Tato Qriqalaşvili (Gürcüstan)
Qeyd edək ki, dünya çempionatının ilk üç yarış günündə Azərbaycan cüdoçularından Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb, Gültac Məmmədəliyeva (52 kq) isə 7-ci yeri tutub. Hazırda milli komanda 1 qızıl, 1 bürünc medalla ümumi hesabda 2-ci pillədə qərarlaşıb. Sıralamada ilk yeri isə 5 qızıl, 2 bürünc medalla Yaponiya tutur.



No Comment! Be the first one.