FIFA U-15 dünya çempionatı və festivalında Azərbaycan U-15 millisi ikinci matçına çıxıb.
Sportify.az xəbər verir ki, yığmamız Andorra ilə qarşılaşıb. Komandamız 1:0 hesabı ilə qələbə qazanıb. Yeganə qolu 20-ci dəqiqədə Həsən Mahmudov vurub. Andorra 38-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Millimizin qapıçısı Oktay Mehrəliyev komandasını qoldan xilas edib.
Növbəti oyun bu gün saat 19:30-da Avstraliya komandasına qarşı olacaq.



No Comment! Be the first one.