Dünya üçüncüsu olan cüdoçumuza "Brabus" hədiyyə olundu - FOTO
Bakıdakı dünya çempionatını mükafatçılar sırasında başa vurmuş Azərbaycan cüdoçusu Ömər Rəcəbliyə qeyri-adi hədiyyə edilib.
Sportify.az xəbər verir ki, bu barədə 23 yaşlı idmançının yaxınları sosial şəbəkədə paylaşım edib.
Ömər Rəcəbliyə baba yurdu Qusarda “Ranço” restoranının sahibi, iş adamı Şöhrət Məmmədov at bağışlayıb. Atın ləqəbi “Brabus”dur.
Qeyd edək ki, Ömər Rəcəbli 81 kq çəki dərəcəsində bürünc medal qazanıb.




No Comment! Be the first one.