Elxan Məmmədova cəza
Azərbaycan I Liqasının III turunda keçirilən “Karvan-Yevlax” – “Zaqatala” matçında birbaşa qırmızı vərəqə alan Elxan Məmmədov cəzalandırılıb.
Sportify.az xəbər verir ki, AFFA İntizam Komitəsinin qərarına əsasən, “Zaqatala”nın futbolçusu təcavüzkar davranışla rəqib futbolçunun xəsarət almasına səbəb olduğu üçün 6 oyunluq cəzaya məruz qalıb.
Bundan əlavə, Zaqatala təmsilçisi 1000 manat cərimələnib.
İnsident sentyabrın 16-da keçirilən qarşılaşmanın 6-cı dəqiqəsində baş verib.
Qeyd edək ki, görüş “Karvan-Yevlax”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.



No Comment! Be the first one.