Emreli oynadı, sabiq klubu məğlub edildi - VİDEO
Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Rakuv”un heyətində Polşa Ekstraklasasında növbəti oyununu keçirib.
Sportify.az xəbər verir ki, 29 yaşlı hücumçu XIV turda səfərdə sabiq klubu “Legiya”ya qarşı forma geyinib.
Varşavadakı “Wojska Polskiego” (“Polşa ordusu”) stadionunda təşkil olunmuş qarşılaşma “Rakuv”un qələbəsi ilə yekunlaşıb – 4:2.
Emreli matça start heyətdə çıxıb və iki məhsuldar ötürmə müəllifi olub. O, komandasının ikinci və dördüncü qollarında yaxından iştirak edib. Azərbaycanlı futbolçu 73-cü dəqiqədə əvəzlənib.
Bununla da xalını 12-yə çatdıran “Rakuv” 18 komanda arasında 16-cı pilləyə yüksəlib. “Legiya” isə 24 xalla 3-cü mövqedə yer alıb.
Qeyd edək ki, Mahir Emreli 2021/2022 mövsümünün ilk yarısında “Legiya”nın formasını geyinib. O, Varşava komandasının azarkeşlərinin fiziki təzyiqinə məruz qaldığı üçün etiraz əlaməti olaraq, 2022-ci ilin əvvəllərində klubu tərk edib.



No Comment! Be the first one.