Olimpiadada daha bir qızıl medal
Azərbaycan komandası Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çimərlik güləşi üzrə yarışlarında daha bir qızıl medal qazanıb.
Sportify.az xəbər verir ki, Elgün Kərimli (90 kq) final görüşündə Gürcüstan təmsilçisi Nuradin Mustafayevə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
B qrupunda mübarizə aparan Kərimli qrup mərhələsində keçirdiyi hər üç görüşü qələbə ilə başa vurub. O, əvvəlcə moldovalı Artiom Kakeanı və mərakeşli Nour Qannamı, sonuncu görüşündə isə braziliyalı Allan Smit di Souza Beserranı məğlub edərək yarımfinala vəsiqə qazanıb. Daha sonra Seneqal təmsilçisi Ablaye Diufu mübarizədən kənarlaşdıran azərbaycanlı güləşçi finala yüksəlib.
Beləliklə, Azərbaycan komandası Dakar-2026-da çimərlik güləşi üzrə yarışları 3 medalla başa vurub. Daha əvvəl Tunar Quliyev (70 kq) qızıl, Nihad Süleymanlı (80 kq) gümüş medal qazanıb. Günel Kərimli (55 kq) isə Oyunları beşinci pillədə tamamlayıb.



No Comment! Be the first one.