Millimiz Latviyaya uduzdu - YENİLƏNDİ - FOTOLAR
Azərbaycanın futzal üzrə milli komandası bu gün 2028-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Sportify.az xəbər verir ki, rəqib Latviya yığması olub.
Bakı İdman Sarayında təşkil olunmuş qarşılaşma Baltikyanı ölkə millisinin qələbəsi ilə yekunlaşıb – 5:1. Azərbaycan yığmasının yeganə qolunu Nihad İsmayılov vurub.
Görüşü gənclər və idman naziri Fərid Qayıbov da tribunadan izləyib.
Bu nəticədən sonra Azərbaycan millisi 1 xalla qrupda üçüncü pillədə qərarlaşıb. Çexiya 5 xalla birinci, Latviya isə 4 xalla ikinci yerdədir.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu 2027-ci il fevralın 27-də səfərdə Latviya yığmasına qarşı keçirəcək.
Əvvəllər tərəflər rəsmi oyunlarda cəmi bir dəfə qarşılaşmışdılar. AVRO-1999-un seçmə mərhələsinin Belçikada keçirilən qrup oyununda qolsuz heç-heçə qeydə alınmışdı.
DÇ-2028, əsas mərhələ
XII qrup
20:00. Azərbaycan – Latviya – 1:5
Hakimlər: Dino Kramar, Nikola Jeliç, Nina Nakic
(Hakimlər briqadası Xorvatiyadandır)
Timekiper: Hidayat Feyzullayev (Azərbaycan)
Hakim-inspektor: Angelo Qalante (İtaliya)
UEFA nümayəndəsi: Stephan Kammerer (Almaniya)
Bakı İdman Sarayı.














No Comment! Be the first one.