Güləşçimiz olimpiya çempionu oldu
Azərbaycan çimərlik güləşçisi Tunar Quliyev Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Sportify.az xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan Quliyev finalda Gürcüstan təmsilçisi Luka Maxaradzeyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Qeyd edək ki, A qrupunda yer alan Quliyev qrup mərhələsində yeni zelandiyalı Vairangi Sarcenti, anqolalı Diasivi Reanato və puerto-rikolu Joab Kabril Karilyo Rodrigesi məğlub edərək yarımfinala vəsiqə qazanıb. O, yarımfinalda ukraynalı Mikita Kuzmenkoya qalib gələrək finala yüksəlib.
Bu gün həmçinin Azərbaycanın daha bir çimərlik güləşçisi Elgün Kərimli (90 kq) də final görüşünə çıxacaq. O, gürcüstanlı Nuradin Mustafayevlə qarşılaşacaq.



No Comment! Be the first one.