“Fənərbağça” taxtına 7 nəfərlik namizəd
Türkiyənin “Fənərbağça” klubu yeni baş məşqçi axtarışlarını davam etdirir.
Sportify.az xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti Aziz Yıldırım bu məsələdə klubun idarə heyətinin üzvü Cihan Kamerə və futbol direktoru Oğuz Çetinə tam səlahiyyət verib.
“Sabah” qəzetinin yazdığına görə, Yıldırım onlara ilk növbədə əcnəbi mütəxəssislərlə danışıqlar aparmağı tapşırıb. Klub rəhbərliyi milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasiləyə qədər yeni baş məşqçi ilə razılığa gəlmək istəyir.
Əsas namizəd Almaniya millisinin sabiq baş məşqçisi Yulian Naqelsmanndır. Lakin 39 yaşlı mütəxəssisin karyerasını İngiltərədə davam etdirmək istəməsi danışıqları çətinləşdirə bilər.
Digər namizəd portuqaliyalı Serjio Konseysaodur. Son olaraq Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunu çalışdıran 51 yaşlı məşqçi iyun ayından işsizdir. Onun namizədliyinin klub rəhbərliyinin bugünkü iclasında müzakirə olunacağı gözlənilir.
Daha əvvəl gündəmdə olan Vinçentso Montella variantı isə arxa plana keçib. Buna səbəb italiyalı mütəxəssisin ən azı 3 illik müqavilə tələb etməsidir.
Yerli məşqçilər arasında əsas namizəd Aykut Kocamandır. Digər namizəd Abdullah Avcı, “Kasımpaşa”nın baş məşqçisi Emre Belözoğlu, nəhayət, komandanın müvəqqəti baş məşqçisi Dirk Kuytdur. Niderlandlı mütəxəssis qarşıdakı 3 oyunda uğurlu nəticələr qazansa, iyun ayına qədər vəzifəsində saxlanıla bilər.
Qeyd edək ki, “Fənərbağça”da iyun ayında prezident seçkiləri keçiriləcək. Əcnəbi məşqçilərin uzunmüddətli müqavilə istəməsi rəhbərliyin qərarını çətinləşdirən əsas amillərdən biridir.



No Comment! Be the first one.