Fermin Lopes iki oyunluq diskvalifikasiya edildi
İspaniya klubu “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes iki oyunluq diskvalifikasiyaya məruz qalıb.
Sportify.az xəbər verir ki, 23 yaşlı futbolçu La Liqanın XIII turunda “Vilyarreal”la (3:2) oyunda ehtiyat oyunçular skamyasında olarkən birbaşa qırmızı vərəqə alıb. O, “Barselona”nın lehinə penalti təyin edilməməsinə etiraz edib.
Matçın protokolunda göstərilib ki, Fermin ehtiyat hakimə “İşinə qarışma!” dediyi üçün meydandan kənarlaşdırılıb.



No Comment! Be the first one.