FIFA Şeydayevin klubuna qoyduğu qadağanı götürür
Rusiyanın “Soçi” klubuna FIFA-nın tətbiq etdiyi transfer qadağası yaxın günlərdə aradan qaldırılacaq.
Sportify.az xəbər verir ki, bu barədə klubun baş direktoru Sergey Novikov bildirib.
Onun sözlərinə görə, qadağaya səbəb İsrailin “Makkabi Təl-Əviv” klubuna müdafiəçi Nemanya Stoiçin transferi ilə bağlı yaranmış borc olub: “Bu, texniki məsələ idi və artıq onu həll etmişik. Buna görə də transfer qadağasının yaxın günlərdə, düşünürəm ki, sabah və ya birigün aradan qaldırılması gözlənilir”.
Xatırladaq ki, “Soçi”də Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev də çıxış edir.



No Comment! Be the first one.