Formula 1: Bəhreyn Qran Prisinin startı təxirə salındı
Bəhreyn Qran-prisinin startı iki pilotun start düzümündə problem yaşaması səbəbindən təxirə salınıb.
Sportify.az xəbər verir ki, yarışın isinmə dövrəsində 41 yaşlı “Ferrari” pilotu, 7 qat dünya çempionu Lyuis Həmilton hərəkətə başlaya bilməyib.
Britaniyalı pilotun bolidində güc qurğusunun proqram təminatı ilə bağlı problem yaranıb. Həmilton peloton bir dövrəni başa vurduqdan sonra hərəkətə başlayaraq rəqiblərini təqib etməyə məcbur olub.
Bu zaman “Haas” komandasının pilotu Esteban Okon da start düzümündə bolidini hərəkətə gətirə bilməyib.
Bundan sonra yarışın idarəetmə heyəti qırmızı bayraqları nümayiş etdirərək pilotların boksa qayıtmasını tələb edib və startı təxirə salıb.
Qeyd edək ki, 2026-cı il Formula 1 mövsümünün 16-cı mərhələsi olan Bəhreyn Qran-prisi 56 dövrədən ibarətdir. Yarışın ümumi məsafəsi 310,408 kilometrdir.



No Comment! Be the first one.