Fransa İnfantinoya dəstəyini geri çəkdi
Fransa Futbol Federasiyası (FFF) FİFA prezidenti Canni İnfantinoya dəstəyini geri götürüb.
Sportify.az xəbər verir ki, FFF prezidenti Filipp Diallo “Foot Mercato”ya açıqlamasında federasiyanın növbəti prezident seçkilərində İnfantinoya alternativ namizəd irəli sürmək niyyətində olduğunu bildirib.
Diallo FİFA-nın hazırkı idarəetmə formasından narazı olduqlarını və İnfantinoya göstərilən etimadın itdiyini deyib.
FFF-nin UEFA daxilində dəstəklənəcək alternativ layihə hazırlamaq üçün digər ölkələrin futbol və idman idarəçiliyi üzrə mütəxəssisləri ilə məsləhətləşmələr aparacağı bildirilib.Federasiya növbəti seçkilərdə maraqlarını təmsil edəcək namizədi daha sonra müəyyənləşdirəcək.



No Comment! Be the first one.