Futbolçumuz İsraildə qələbəyə sevindi
İsrail Premyer Liqasında 10-cu turun oyunları keçirilir.
Sportify.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Rüfət Abdullazadənin formasını geyindiyi “Kiryat Şimona” öz meydanında “Hapoel Hayfa”nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
7 noyabr
“Kiryat Şimona” – “Hapoel Hayfa” – 2:0
Qollar: Şay Ben David, 69, Bilal Şahin, 90+3
Rüfət Abdullazadə görüşün 58-ci dəqiqəsində meydana daxil olub.
Bu qələbədən sonra xallarının sayını 7-yə çatdıran “Kiryat Şimona” turnir cədvəlinin 11-ci pilləsinə yüksəlib.



No Comment! Be the first one.