"Qalatasaray" "Amedspor"u məğlub etdi - VİDEO
Türkiyə Super Liqasında lider “Qalatasaray” XI turda doğma meydanda “Amedspor”u 4:3 hesabı ilə məğlub edib.
Sportify.az xəbər verir ki, “RAMS Park”da keçirilən qarşılaşmada meydan sahiblərindən Rafael Leao 7-ci, Alban Lafont (öz qapısına) 45-ci, Aleksey Batrakov 59-cu və Barış Alper Yılmaz 80-ci dəqiqədə fərqlənib.
“Amedspor”un qollarını isə Dia Saba 62-ci, Gift Orban 65-ci və Yira Sor 90+2-ci dəqiqədə vurub.
Bu qələbədən sonra xallarını 28-ə çatdıran “Qalatasaray” milli fasiləyə lider kimi yollanıb. 23 xalı olan “Amedspor” isə ikinci pillədə qalıb.
Milli fasilədən sonra “Qalatasaray” “Samsunspor”u, “Amedspor” isə “Çaykur Rizespor”u qəbul edəcək.



No Comment! Be the first one.