GİN-dən yeni reytinq – lider dəyişdi
Gənclər və İdman Nazirliyi (GİN) olimpiya idman növləri üzrə milli komandaların idmançılarının oktyabrın 1-nə olan reytinq cədvəlini açıqlayıb.
GİN-in mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, reytinqdə dəyişiklik baş verib. Boks üzrə Avropa çempionu Səidcəmşid Cəfərov 350 xalla birinci pilləyə yüksəlib.
Taekvondoçu Qaşim Maqomedov 305 xalla ikinci, cüdoçu Hidayət Heydərov isə 270 xalla üçüncü sırada qərarlaşıb.
Qeyd edək ki, ötən ay 480 xalla reytinqə başçılıq edən yunan-Roma güləşçisi Həsrət Cəfərov bu dəfə yeddinci pilləyə düşüb.



No Comment! Be the first one.