“İmişli” latviyalı məşqçiyə tapşırıldı
“İmişli”də baş məşqçinin səlahiyyətlərini müvəqqəti olaraq Ervins Perkons icra edəcək.
Sportify.az-ın xəbərinə görə, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Latviyalı mütəxəssis komandanın məşq prosesinə və oyunlara hazırlığına rəhbərlik edəcək.
Qeyd edək ki, “İmişli”də baş məşqçi vəzifəsi Fərid Namazovun istefasından sonra boşalıb.



No Comment! Be the first one.