İnfantino SOCAR əməkdaşları ilə də görüşdü - FOTOLAR
Bakıda səfərdə olan FIFA prezidenti Canni İnfantino ilk dəfə Azərbaycanda təşkil olunacaq 15 yaşadək futbolçular arasında dünya çempionatının və Futbol Festivalının hazırlıq işləri ilə tanış olub.
Sportify.az xəbər verir ki, ali futbol qurumunun rəhbərini FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov və AFFA rəhbərliyi müşayiət edib.
AFFA prezidenti Rövşən Nəcəf, eləcə də icraçı vitse-prezident Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev mundiala hazırlıq barədə məlumat veriblər.
Qonaqlar Azərbaycanın U-15 millisi ilə yanaşı, Bakının Hövsan qəsəbəsində dünya çempionatı üçün stadion inşa edən SOCAR əməkdaşları ilə görüşərək, onlarla xatirə fotoları çəkdiriblər.




No Comment! Be the first one.