İnfantinodan U-14 turnirinə qatılmaması istənildi
KONKAKAF prezidenti Viktor Montalyani FİFA prezidenti Canni İnfantinodan Dominikan Respublikasında keçirilən 14 yaşadək futbolçular arasında turnirdə iştirak etmək qərarını yenidən nəzərdən keçirməsini istəyib.
Sportify.az xəbər verir ki, Montalyani İnfantinoya göndərdiyi məktubda FİFA rəhbərinin turnirdə iştirakının təşkilat daxilində yaşanan böhran fonunda diqqəti yarışın özündən yayındıra biləcəyini bildirib.
KONKAKAF prezidenti məktubunda belə yazıb: “Futbol naminə sizdən turnirdə iştirak etmək qərarınızı yenidən nəzərdən keçirməyinizi hörmətlə xahiş edirəm. Çünki bu, təəssüf ki, gənclərin inkişafı baxımından mühüm olan bu tədbirin əsas məqsədinə kölgə sala bilər”.
Məlumata görə, İnfantino turnirə Dünya Kuboku ilə bağlı yeni kommersiya layihəsinə özəl investorların cəlb edilməsi planları gündəmə gəlməzdən əvvəl dəvət olunub.
FİFA prezidenti artıq Dominikan Respublikasına yollanıb. O, ölkəyə çatdıqdan sonra yerli rəsmilər tərəfindən qarşılanıb.
KONKAKAF rəhbərliyinin çağırışına baxmayaraq, İnfantinonun turnirdə iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərar açıqlanmayıb.



No Comment! Be the first one.