PSJ Mbaye üçün 70 milyon avro tələb edir
Fransanın PSJ klubunun 18 yaşlı hücumçusu İbrahima Mbaye ilə bağlı transfer danışıqları davam edir.
Sportify.az xəbər verir ki, Paris klubu Seneqaldan olan futbolçu üçün 70 milyon avro tələb edir. Lakin Mbaye ilə maraqlanan klublar onun transfer dəyərini təxminən 50 milyon avro hesab edir.
Futbolçu ilə şəxsi müqavilənin şərtləri barədə razılığa gələn “Liverpul” isə 18 yaşlı oyunçu üçün 70 milyon avro ödəməyə hazır deyil.
Mbaye də Bredli Barkola kimi, yay transfer pəncərəsinin sonuna qədər PSJ-nin heyətində qalacaq.
Hazırda tərəflər arasında transfer məbləği ilə bağlı danışıqların necə yekunlaşacağı maraq doğurur.



No Comment! Be the first one.