İngiltərə nəhəngləri İstanbul derbisində
İngiltərə Premyer Liqasının beş klubunun nümayəndələrinin Türkiyə Superliqasının 9-cu turunda keçiriləcək “Qalatasaray” – “Fənərbağça” oyununda iştirak etməsi gözlənilir.
Sportify.az NTV-yə istinadla xəbər verir ki, nümayəndələr “Qalatasaray”ın yarımmüdafiəçisi Aleksey Batrakovun çıxışını izləmək üçün İstanbuldakı “RAMS Park” stadionuna gələcəklər.
Söhbət “Mançester Siti”, “Mançester Yunayted”, “Arsenal”, “Çelsi” və “Liverpul” klublarından gedir.
Batrakov bu yay “Qalatasaray”a keçib. O, cari mövsümdə Türkiyə klubunun heyətində bütün turnirlərdə 9 oyunda iştirak edib, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.



No Comment! Be the first one.