"Kəpəz" azarkeş rekordunu yenilədi - FOTOLAR
Misli Premyer Liqasında IV turun “Kəpəz” və “Şamaxı” komandaları arasında Gəncə Stadionunda keçirilmiş oyununda 2026/2027 mövsümünün yeni azarkeş rekordu qeydə alınıb.
Gəncə təmsilçisinin mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, qarşılaşmanı 15 min tamaşaçı izləyib.
Bu mövsüm əvvəlki rekord da gəncəli azarkeşlərlə bağlı olub. Avqustun 30-da “Turan Tovuz”la görüşdə tribunalarda 13500 tamaşaçı olub.
Qeyd edək ki, “Kəpəz” “Turan Tovuz”a 1:0 hesabı ilə qalib gəldiyi halda, “Şamaxı”ya uduzub – 1:4.









No Comment! Be the first one.