Kamal Umudluya da beynəlxalq təyinat gəldi
Azərbaycanlı FIFA referisi Kamal Umudlu növbəti beynəlxalq təyinat alıb.
Sportify.az xəbər verir ki, Umudlu 2027-ci il Avropa çempionatının İsveç – Şimali Makedoniya oyununu idarə edəcək.
Ona Namiq Hüseynov və Vüsal Məmmədov yan xətt hakimləri, Əli Əliyev dördüncü hakim qismində yardımçı olacaqlar.
Almaniyalı Helmut Flayşer hakim-inspektor, irlandiyalı Pet Daffi isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 5-də Falkenberq şəhərindəki “Falkon Alkoholfri Arena”da keçiriləcək İsveç – Şimali İrlandiya matçı Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.



No Comment! Be the first one.