Kişi komandasının ilk qadın baş məşqçisi qovuldu
Almaniyada kişi futbol komandasına rəhbərlik etmiş ilk qadın baş məşqçi Sabrina Vittmann istefaya göndərilib.
Sportify.az xəbər verir ki, 35 yaşlı mütəxəssis “İnqolştadt”dan ayrılıb.
Vittmann 2023/2024 mövsümündə komandanın baş məşqçisi təyin olunaraq Almaniyada kişi komandasına rəhbərlik edən ilk qadın baş məşqçi kimi tarixə düşüb. O, əvvəlcə müvəqqəti müqavilə ilə çalışsa da, mövsümün uğurlu sonluğundan və Bavariya Kubokunun qazanılmasından sonra daimi müqaviləyə imza atıb.
Lakin almaniyalı mütəxəssis 2024/2025 mövsümündə kuboku qoruyub saxlaya bilməyib və komanda 3-cü Bundesliqada mövsümü turnir cədvəlinin orta pillələrində başa vurub. 2025/2026 mövsümündə də klubun nəticələri 2-ci Bundesliqaya qayıtmaq üçün yetərli olmayıb.
Cari mövsümdə isə “İnqolştadt” 7 turdan sonra 2 qələbə, 2 heç-heçə və 3 məğlubiyyətlə 8 xalla 13-cü pillədə qərarlaşıb. Bu nəticədən sonra klub rəhbərliyi Vittmannla yolları ayırmaq qərarına gəlib.
Qeyd edək ki, Sabrina Vittmann 2017-ci ildən “İnqolştadt”da çalışırdı və məşqçilik karyerasının bütün mərhələlərini bu klubda keçib. Yeni baş məşqçinin adı hələlik açıqlanmayıb.



No Comment! Be the first one.