Konfrans Liqası: Murad Məmmədovun komandası əsas mərhələdə
Kiprin “Pafos” klubu UEFA Konfrans Liqasının əsas mərhələsinə yüksəlib.
Sportify.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Murad Məmmədovun komandası pley-off raundunda Albaniya təmsilçisi “Dinamo Siti”ni üstələyib.
Limassol şəhərindəki cavab görüşünün əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. İlk matçda da qalib müəyyənləşmədiyi üçün (1:1) əlavə vaxt təyin olunub.
2 hissədən ibarət 30 dəqiqəlik bölümdə “Pafos” daha 2 qol vuraraq, adını əsas mərhələyə yazdırıb.
Qeyd edək ki, Murad Məmmədov zədə səbəbindən oyunun iştirak ərizəsində yer almayıb.



No Comment! Be the first one.