Konfrans Liqası: "Trabzonspor" 2-ci turda da qələbə qazandı
Konfrans Liqasında 2-ci turun oyunları keçirilir.
Sportify.az xəbər verir ki, ilk turda 3 xal qazanan “Trabzonspor” (Türkiyə) bu dəfə Şotlandiyanın “Harts” klubu ilə qarşılaşıb.
Qara Dəniz təmsilçisi 2 cavabsız qolla yerli azarkeşləri sevindirib. İlk hissədə Məhəmməd Salah penaltini dəqiq yerinə yetirib. Misirli ulduz futbolçu bununla kifayətlənməyib. 58-ci dəqiqədə onun ötürməsindən sonra Frankulino topu qapıdan keçirib.
Beləliklə, “Trabzonspor” “Harts”ı 2:0 hesabı ilə məğlub edərək 2 turdan sonra maksimum nəticə qazanıb.



No Comment! Be the first one.