“Korintians” Libertadores Kubokunda mübarizəni dayandırdı
“Korintians” Libertadores Kubokunda mübarizəni dayandırıb
Sportify.az xəbər verir ki, Braziliya təmsilçisi 1/4 final mərhələsinin cavab oyununda doğma meydanda Argentinanın “Estudiantes” klubuna 0:1 hesabı ilə məğlub olub.
Görüşdə yeganə qolu 87-ci dəqiqədə Aleksis Kastro vurub.
“Korintians” hesabı bərabərləşdirərək oyunu penaltilər seriyasına daşımaq imkanına malik olsa da, Memfis Depay 11-ci əlavə olunmuş dəqiqədə penaltidən yararlana bilməyib.
İki oyunun nəticəsinə görə, “Estudiantes” 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Argentina təmsilçisi növbəti mərhələdə “Flamenqo” (Braziliya) – “İndependyente del Vaye” (Ekvador) cütünün qalibi ilə qarşılaşacaq.



No Comment! Be the first one.