Koxalski Polşada millinin baş məşqçisi ilə oyun izlədi - FOTO
“Qarabağ”dan ayrılan qapıçı Mateuş Koxalski vətəni Polşaya yollanıb.
Sportify.az xəbər verir ki, 26 yaşlı qolkiper Ekstraklasada VII turun “Veçista” – “Zaqlembe” oyununu izləyib.
O, tribunada Polşa millisinin baş məşqçisi Yan Urbanla birlikdə olub. Görüş heç-heçə ilə yekunlaşıb – 1:1.
Hazırda “Veçista” 4 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. Sonuncu yerdə isə Azərbaycan millisinin sabiq futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” yer alıb.
Qeyd edək ki, Mateuş Koxalski sentyabrın 6-da verdiyi müsahibədə “Qarabağ”dan ayrıldığını açıqlayıb. Onun “Veçista”ya transfer olunacağı bildirilir.
#WIEZAG Selekcjoner reprezentacji Polski Jan Urban na meczu Wieczysta Kraków – Zagłębie Lubin. Omawia z Pawłem Brożkiem powołanie dla Mateusza Kochalskiego, który… siedzi rząd niżej? pic.twitter.com/qicIMT8j29
— Tomasz Górski (@TomaszGorsk1) September 7, 2026



No Comment! Be the first one.