Kriştianu Ronaldu futbolçunun vəfatı ilə bağlı başsağlığı verib
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo “Tenerife” klubunun futbolçusu Xesus de Miquelin vəfatı ilə bağlı başsağlığı verib.
Sportify.az xəbər verir ki, o, sosial şəbəkə hesabında “Faciədir. Söz tapmaq mümkün deyil… Ailəsinə səbir və güc arzulayıram” deyə qeyd edib.
Xatırladaq ki, faciə İspaniya Sequndasının 12-ci turunda “Tenerife” və “Andorra” arasında keçirilən qarşılaşmada baş verib. Oyunun ikinci hissəsinə əlavə olunmuş 7-ci dəqiqəsində “Andorra”nın qapıçısı Xesus Ovono meydanın mərkəzində rəqib hücumçu Xesus de Miquellə sərt şəkildə toqquşub. Epizoddan sonra qolkiper birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. De Miquel isə meydanda huşunu itirib.
Həkimlərin məlumatına görə, futbolçuda ürək və tənəffüs dayanması baş verib və bu vəziyyət təxminən 20 dəqiqə davam edib. Xəstəxanaya aparılarkən ona ürək-ağciyər reanimasiyası tətbiq olunub. Həkimlərin səylərinə baxmayaraq, 30 yaşlı futbolçunun həyatını xilas etmək mümkün olmayıb. “Tenerife” klubu onun vəfatını noyabrın 3-də rəsmən açıqlayıb.



No Comment! Be the first one.