Luis Enrike: “Roma” ilə oyun bizim üçün ciddi sınaq olacaq
Fransa klubu PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda İtaliya təmsilçisi “Roma” ilə keçiriləcək qarşılaşma barədə fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, ispaniyalı mütəxəssis rəqibin müdafiə üslubunun fərqli olduğunu və Paris təmsilçisini çətin oyunun gözlədiyini bildirib.
“Çempionlar Liqası geri qayıdır və bu, çox həyəcanvericidir. Üstəlik, doğma stadionumuzda – ‘Park de Prens’də oynayacağıq. Qarşıdakı matç öyrəşdiyimiz oyunlardan fərqlənəcək və asan olmayacaq. Rəqib özünəməxsus müdafiə futbolu oynayır. Hansı çətinliklərlə üzləşəcəyimizi meydanda görəcəksiniz.
‘Roma’ iki top fərqi ilə öndə olduğu oyunda ‘Real Madrid’ə uduzub. ‘Mançester Yunayted’lə qarşılaşmada da eyni vəziyyət yaşanıb. Bu komanda qorxmadan futbol oynayır. Ona qalib gəlmək çox çətin olacaq. Bu, bizim üçün əla sınaqdır.
Qələbə qazanacağımız təqdirdə, Çempionlar Liqasının qrup mərhələsində ilk dəfə ardıcıl beş oyun qazanmış olacağıq”, – deyə Enrikenin sözlərini “RMC Sport” yayıb.
Qeyd edək ki, PSJ – “Roma” qarşılaşması noyabrın 24-dən 25-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.


No Comment! Be the first one.