“Mançester Siti”nin qələbə qolunda VAR səhvi etiraf edildi - VİDEO
İngiltərə Premyer Liqasının IV turunda “Mançester Siti”nin “Mançester Yunayted” üzərində 1:0 hesablı qələbəsini təmin edən qol epizodunda VAR-ın səhvə yol verdiyi etiraf olunub.
Sportify.az-ın məlumatına görə, Erlin Holannın 60-cı dəqiqədə hesabı açdığı epizod zamanı “Mançester Siti”nin hücumunda Entso Fernandesin topa toxunub-toxunmaması və Holannın ofsaydda olub-olmaması ilə bağlı mübahisə yaranıb.

Premyer Liqanın hakimlər assosiasiyası (Pro Ref) bildirib ki, Fernandesin topa toxunmadığı müəyyənləşdirilib. Buna görə də ofsaydla bağlı qərarın subyektiv xarakter daşıdığı qeyd olunub.
Bununla belə, VAR-ın Fernandesin mövqeyinin mümkün nəticələrini nəzərə almadığı və baş hakim Maykl Oliverə epizodu monitor vasitəsilə yenidən izləməyi tövsiyə etməli olduğu vurğulanıb: “Bu axşam “Mançester Yunayted”lə əlaqə saxlayaraq, vəziyyətin qiymətləndirilməsində səhvə yol verdiyimizi düşündüyümüzü bildirdik. Hadisə ilə bağlı araşdırma aparılacaq”.
#MUNMCI – 59’ VAR OVERTURN
VAR checked the referee’s call of no goal for offside – and determined that Haaland was in an onside position and recommended that the goal was awarded.
The VAR also deemed that while in an offside position, Fernandez didn’t play the ball. pic.twitter.com/TyTip3ACIh
— Premier League Match Centre (@PLMatchCentre) September 13, 2026
Qeyd edək ki, Maykl Oliverin idarə etdiyi qarşılaşmada yeganə qolu Erlin Holann vurub.



No Comment! Be the first one.