“Mançester Yunayted” futbolçusunu cəzalandıracaq
İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Lisandro Martinesi rəhbərliyi açıq tənqid etdiyi üçün cəzalandıracaq.
Sportify.az “The Athletic”ə istinadən məlumatına görə, Argentina millisinin müdafiəçisi UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Atletiko”ya 0:2 hesablı səfər məğlubiyyətindən sonra “Amazon Prime” telekanalına açıqla verib.
O, klubun texniki direktoru Ceyson Uilkoksdan daha çox şey gözlədiyini və komandanın ən yüksək səviyyədə rəqabət aparmaq üçün kifayət qədər güclü futbolçulara malik olmadığını vurğulayıb.
“Mançester Yunayted” isə 28 yaşlı müdafiəçini cərimələməyi və intizam səbəbindən İngiltərə Premyer Liqasının qarşıdakı oyunlarında start heyətindən kənarda saxlamağı nəzərdən keçirir.
Martines 2026-cı ilin yayında “Atletiko”ya keçmək istəyini də rəhbərliyə çatdırıb. Lakin “Mançester Yunayted” münasib təklif almadığından transfer baş tutmayıb.
Xatırladaq ki, Lisandro Martines 2022-ci ildən “Mançester Yunayted”də çıxış edir. O, indiyədək komandanın heyətində 117 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə verib.



No Comment! Be the first one.