“Mançester Yunayted”in futbolçusu millidən kənarlaşdırıldı
İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Benyamin Şeşko zədə səbəbindən Sloveniya milli komandasının qarşıdakı oyunlarını buraxacaq.
Sportify.az xəbər verir ki, 23 yaşlı futbolçu bu həftə tibbi müayinədən keçəcək.
Müayinənin nəticələrinə əsasən, onun fərdi bərpa proqramı müəyyənləşdiriləcək.
Şeşko İngiltərə çempionatının 5-ci turunda “Fulhem”lə 1:1 hesablı heç-heçə ilə başa çatan matçda baldır nahiyəsindəki zədə səbəbindən iştirak etməyib.
O, zədəni Liqa Kubokunda “Brayton”la qarşılaşmada alıb.
Şeşko Millətlər Liqasının Şotlandiyaya qarşı sentyabrın 26-sı və oktyabrın 6-sı keçiriləcək iki oyununda, həmçinin sentyabrın 29-da Şimali Makedoniya və oktyabrın 3-də İsveçrə ilə görüşlərdə forma geyinə bilməyəcək.
Şeşko 2026/27 mövsümündə “Mançester Yunayted”in heyətində 6 oyunda 2 qol vurub. O, Sloveniya millisinin formasında isə ümumilikdə 45 matçda 16 qola imza atıb.



No Comment! Be the first one.