Mbappeni penalti vurmağa qoymadılar, “Real Madrid” uduzdu
“Real Madrid” İspaniya La Liqasının IV turunda səfərdə “Betis”ə 0:1 hesabı ilə məğlub olub.
Sportify.az xəbər verir ki, qarşılaşmada yeganə qolu 81-ci dəqiqədə meydana sonradan daxil olan Troy Perrott vurub.
“Real Madrid” 6 dəqiqə sonra hesabı bərabərləşdirsə də, Karlos Espinin akrobatik zərbə ilə vurduğu qol ofsayd səbəbindən VAR müdaxiləsindən sonra ləğv edilib.
Madrid təmsilçisi əlavə vaxtda hesabı dəyişmək üçün daha bir fürsət qazanıb. Vinisius Junior cərimə meydançasında yıxılaraq penalti qazandırıb. Lakin Kilian Mbappe 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Mbappenin qapıçının dəf etdiyi topu tamamlamasına isə “Betis” futbolçusunun zərbədən əvvəl cərimə meydançasına daxil olması mane olub. Baş hakim Alexandro Ernandes Ernandes VAR-la məsləhətləşdikdən sonra qayda pozuntusu qeydə almayıb.
Bu məğlubiyyətdən sonra 9 xalı olan “Real Madrid” turnir cədvəlində 2-ci pillədə qalıb. Eyni xala malik “Betis” isə 3-cü sıraya yüksəlib.



No Comment! Be the first one.