"Sabah"ın Çempionlar Liqasındakı ev arenası açıqlandı - RƏSMİ
“Sabah” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirəcəyi ev oyunlarının stadionlarını müəyyənləşdirib.
Sportify.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi 4 rəqibinin hamısını Bakı Olimpiya Stadionunda qəbul edəcək.
Bununla da həm səfər, həm də ev oyunlarının təşkil olunacağı arenaların adlarına aydınlıq gəlib:
10 sentyabr: 23:00. Mançester, “Old Trafford” stadionu. “Mançester Yunayted” (İngiltərə) – “Sabah”
13 oktyabr: 20:45. Bakı Olimpiya Stadionu. “Sabah” (Azərbaycan) – “Slaviya Praqa” (Çexiya)
20 oktyabr: 20:45. Bakı Olimpiya Stadionu. “Sabah” (Azərbaycan) – “Borussiya Dortmund” (Almaniya)
4 noyabr: 00:00. Stavanger, “Vikinq” stadionu. “Vikinq” (Norveç) – “Sabah” (Azərbaycan)
25 noyabr: 21:45. Bakı Olimpiya Stadionu. “Sabah” (Azərbaycan) – “Barselona” (İspaniya)
8 dekabr: 21:45. “Estadio de la Keramika”. “Vilyarreal” (İspaniya) – “Sabah” (Azərbaycan)
20 yanvar 2027-ci il: 21:45. Bakı Olimpiya Stadionu. “Sabah” (Azərbaycan) – “Napoli” (İtaliya)
27 yanvar 2027-ci il: 00:00. “Arsenal Stadium”. “Arsenal” (İngiltərə) – “Sabah” (Azərbaycan)
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.



No Comment! Be the first one.