Messi Argentina yığmasına qayıdır
Argentina millisinin sabiq futbolçusu Lionel Messi 2028-ci ildə keçiriləcək Amerika Kubokunda yığmanın heyətində mentor kimi yer ala bilər.
Sportify.az-ın “Motivaciones Futbol” nəşrinə istinadən məlumatına görə, 39 yaşlı hücumçu oyunlarda iştirak etməyəcək, lakin tribunadan gənc futbolçulara öz təcrübəsini ötürəcək və onlara liderlik dəstəyi göstərəcək.
Bu rol Argentina millisinin 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatındakı qələbəsi zamanı sabiq hücumçu Serxio Aquero tərəfindən yerinə yetirilən funksiyaya bənzədilir.

Qeyd edək ki, Lionel Messinin Argentina millisində vida matçı oktyabrın 7-də keçirilib. Həmin görüşdə “Albiseleste” Benin yığmasını 3:0 hesabı ilə məğlub edib. Messi qarşılaşmada bir qol vurub və iki məhsuldar ötürmə verib.
2005-ci ildən Argentina millisində çıxış edən ulduz futbolçu karyerası ərzində dünya çempionu (2022), Finalissima qalibi (2022) və ikiqat Amerika Kubokunun (2021, 2024) qalibi olub.
O, milli komandanın heyətində keçirdiyi 208 oyunda 126 qol vurub.



No Comment! Be the first one.