Messi millidən getdi - RƏSMİ
ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi Argentina millisində karyerasını başa vurduğunu açıqlayıb.
Sportify.az xəbər verir ki, 39 yaşlı hücumçu qərarını sosial şəbəkə hesablarında paylaşdığı açıqlama ilə elan edib.
Onun milli komandadakı son oyunu 2026-cı il dünya çempionatının finalında İspaniyaya qarşı keçirilib. Argentina həmin görüşdə əlavə vaxtda 0:1 hesabı ilə məğlub olub.
Messi qərarını belə əsaslandırıb: “Uzun müddət keçdi və çox düşündükdən sonra millidən ayrıldığımı açıqlamaq istəyirəm. Bu qərarı qəbul etmək ağrılı idi, indi də ağrıyır, amma başa düşürəm ki, doğru zaman gəlib. Həmişə Argentina millisinin formasında əlimdən gələni etmişəm. Mən Argentina millisini sevmişəm, sevirəm və həmişə də sevəcəyəm”.
Messi 2005-ci ilin avqustunda Argentina millisində debüt edib. O, milli komandada 207 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə edib.
Argentina ilə Messi 6 dünya çempionatında – 2006, 2010, 2014, 2018, 2022 və 2026-cı illərdə iştirak edib. 2022-ci ildə dünya çempionu olan futbolçu 2014 və 2026-cı illərdə gümüş medal qazanıb.
Messi həmçinin Argentina ilə iki dəfə Amerika Kubokunu (2021, 2024) və 2022-ci ildə İtaliyaya qarşı keçirilən Finalissimada qalib gəlib.
O, dünya çempionatlarında 21 qolla bombardirlər siyahısında ikinci pillədədir. Bu göstəricidə yalnız 22 qolla fransalı Kilian Mbappe ondan öndədir. Messi həmçinin dünya çempionatları tarixində 12 məhsuldar ötürmə ilə rekordçudur.
Qeyd edək ki, Lionel Messi 2022 və 2014-cü illərdə dünya çempionatının ən yaxşı futbolçusu seçilib.



No Comment! Be the first one.