Millimizdən dünya çempionatında növbəti medal
Ekvadorun Quayaquil şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında Azərbaycan millisi növbəti medalını qazanıb.
Sportify.az xəbər verir ki, 81 kq çəki dərəsində yer alan Ayxan Həsənli final görüşünə çıxıb.
Rəqib Rusiya təmsilçisi Daniyal Biybolatov olub.
Rəqibinə uduzan Həsənli gümüş medal əldə edib.
Bu, Azərbaycanın mundialda ikinci medalı olub. Daha əvvəl 50 kq çəkidə Fərid Rzazadə dünya çempionu olub.
Qeyd edək ki, bu gecə 90 kq çəkidə Azərbaycanın daha 2 cüdoçusu – Ömər Axundov və Nurəddin Əliyev bürünc medal qazana bilər.



No Comment! Be the first one.