Millimizin baş məşqçisi “Sabahın ulduzları”nı izlədi
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Elgiz Kərəmli Bayıl stadionunda olub.
Sportify.az xəbər verir ki, Kərəmli BFF prezidenti Tahir Süleymanov və yarışların baş sponsoru, “Alpex” şirkətinin rəhbəri Sərdar Salmanzadə ilə birlikdə “Sabahın Ulduzları” yarışını izləyib.
Daha sonra onlar yarışların təşkili, mövcud şərait, uşaq futbolunun gələcəyi barədə fikir mübadiləsi aparıblar.



No Comment! Be the first one.