Millimizin üzvü oynadı, komandası qalib gəldi
Türkiyə 1-ci Liqasında 14-cü turun oyunları keçirilir.
Sportify.az xəbər verir ki, Azərbaycan millisinin üzvü olmuş Ozan Can Kökçünün çıxış etdiyi “Vanspor” doğma meydanda “Sivasspor”u qəbul edib. Qarşılaşma Van təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
7 noyabr
“Vanspor” – “Sivasspor” – 3:1
Qollar: Kadir Seven, 14, Mehmed Manis, 59, Alvaro de Oliveira, 81 – Rey Manaj, 85
Ozan Can Kökçü matça start heyətində başlayıb və görüşün 84-cü dəqiqəsində əvəzlənib.
Bu qələbədən sonra xallarının sayını 16-ya çatdıran “Vanspor” turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.



No Comment! Be the first one.