Milliyə çağırılanlar açıqlandı: 4 yeni ad var
İtaliya millisinin baş məşqçisi Roberto Mançini UEFA Millətlər Liqasının noyabr oyunları üçün 31 futbolçuya dəvət göndərib.
Sportify.az xəbər verir ki, komandanın heyətinə dörd oyunçu ilk dəfə çağırılıb. Bu barədə İtaliya Futbol Federasiyasının (FIGC) rəsmi saytı məlumat yayıb.
İlk dəfə əsas milliyə dəvət alan futbolçular “Komo”nun yarımmüdafiəçisi Rikkardo Kassano (2009-cu il təvəllüdlü) və “Parma”nın yarımmüdafiəçisi Simone Lontani (2008), həmçinin “Milan”ın hücumçusu Alfadjo Çisse (2006) və “Komo”nun hücumçusu Mattia Liberali (2007) olub.
Federasiyanın açıqlamasına görə, Kassano və Lontani əsas millinin iş prinsipi ilə tanış olmaq məqsədilə dəvət ediliblər. Onlar hazırlıq prosesinin sonuna qədər komandada qalmayacaq və daha sonra müvafiq olaraq U-18 və U-19 yığmalarına qoşulacaqlar.
Mançininin siyahısında Canluici Donnarumma, Alessandro Bastoni, Rikkardo Kalafiori, Nikolo Barella və Sandro Tonali kimi futbolçular da yer alıb.
İtaliya millisi noyabrın 12-də Milanda Fransa, noyabrın 15-də isə Brüsseldə Belçika ilə qarşılaşacaq.
Dörd turdan sonra İtaliya A qrupunda 7 xalla ikinci pillədə qərarlaşıb. Fransa 10 xalla liderdir, Belçikanın isə 6 xalı var.



No Comment! Be the first one.