"Möhtəşəm zəfər" - Prezident "Sabah"ı belə təbrik etdi - FOTO
Prezident İlham Əliyev “Sabah” klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə paylaşım edib.
Sportify.az xəbər verir ki, paylaşım mətnində deyilir:
“Sabah” futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm.
Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur. Klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanması Azərbaycanın bütün sahələrdə əldə etdiyi tərəqqinin, ölkəmizin idman dövləti kimi mövqeyinin daha bir bariz göstəricisidir.
“Sabah” klubuna qarşıdakı matçlarda yeni-yeni qələbələr və uğurlar arzulayıram”!




No Comment! Be the first one.