Mourinyodan qələbə şərhi
“Real Madrid”in baş məşqçisi Joze Mourinyo İspaniya La Liqasının 11-ci turunda “Rasinq” üzərində qazandıqları 3:0 hesablı qələbəni şərh edib.
Sportify.az xəbər verir ki, mütəxəssis bu barədə “Marca” nəşrinə danışıb.
“Rasinq” çox enerjili və mübariz komandadır. Hətta 0:3 hesabı ilə geridə olduqları vaxtda belə stadion azarkeşləri onları dəstəkləyirdi. Rəqib təhlükə yaratmağı bacarırdı. Yaratdığımız qol imkanlarını nəzərə alsaq, 4:0 və ya 5:0 hesabı ilə də qalib gələ bilərdik. Lakin oyun bizim üçün çətinləşə bilərdi. Əgər qol vursaydılar, daha da ruhlanacaqdılar.
Yüksək pressinq tətbiq etdik. Yeri gəlmişkən, “Rasinq” səfərə gələn bütün komandalara qarşı məhz belə oynayır. Buna baxmayaraq, bizim üçün son dərəcə çətin keçən bu həftədə daha bir qələbə qazanmağı bacardıq” – deyə Mourinyo bildirib.
Qeyd edək ki, “Real Madrid” 11 turdan sonra 27 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Rasinq” isə 11 xalla 16-cı sırada yer alır.



No Comment! Be the first one.