Mübahisə edən "Qarabağ" futbolçularının cəzası barədə AÇIQLAMA
Misli Premyer Liqasının 10-cu turunda keçirilən “Qəbələ” – “Qarabağ” qarşılaşmasının (0-0) gedişində Mateuş Silva və Marko Yankoviç arasında mübahisə yaşandığı barədə xəbər vermişdik.
Sportify.az saytı futbolçuların cəzası barədə “Qarabağ”a sorğu ünvanlayıb. Klubun mətbuat xidmətinin cavabı isə belə olub:
“Futbolçularımızın oyun zamanı arasında baş verən hadisə ilə bağlı bildiririk ki, klubdaxili intizam qaydalarına uyğun olaraq müvafiq tədbirlər görülür. Bununla belə, klubdaxili intizam məsələlərinin detalları barədə ictimaiyyətə əlavə məlumat verməyi məqsədəuyğun hesab etmirik”.
Qeyd edək ki, sözügedaən matçın fasiləsində baş məşqçi Qurban Qurbanov hər iki oyunçunu əvəzləyib.



No Comment! Be the first one.