Nazir həndbolçularımızın qələbəsinə şahidlik etdi - FOTOLAR
Mingəçevirin qadınlardan ibarət “Kür” həndbol komandası EHF Avropa Kubokunun seçmə mərhələsində cavab oyununda Kiprin APOEL klubu ilə qarşılaşıb.
Sportify.az xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən görüş Azərbaycan təmsilçisinin 39:13 hesablı qələbəsi ilə başa çatıb.
Daha əvvəl təşkil olunmuş ilk oyunda “Kür” 40:18 hesabı ilə qalib gəlib. Beləliklə, hər iki oyunda inamlı qələbə qazanan Mingəçevir həndbolçuları 3-cü mərhələyə vəsiqə qazanıblar.
Qeyd edək ki, qarşılaşmanı gənclər və idman naziri Fərid Qayıbov da izləyib. O, görüşün ardından komandanı təbrik edərək, həndbolçularla xatirə şəkli çəkdirib.













No Comment! Be the first one.