"Neftçi" estonları üstələdi
“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda mübarizəyə qələbə ilə başlayıb.
Sportify.az xəbər verir ki, Bakı təmsilçisi turnirin təsnifat mərhələsinin ilk oyununda Estoniyanın “Parnu” klubu ilə qarşılaşıb.
Bakı İdman Sarayında keçirilən görüş “Neftçi”nin 80:67 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında cavab qarşılaşması sentyabrın 30-da Estoniyada keçiriləcək.
Qeyd edək ki, bu cütün qalibi FIBA Avropa Kubokunun əsas mərhələsində H qrupunda mübarizə aparacaq. Qrupda “Oradya” (Rumıniya), “Friburq Olimpik” (İsveçrə), VEF (Latviya), “Mikonos” (Yunanıstan) və “Lokomotiv” (Plovdiv, Bolqarıstan) komandaları yer alır.



No Comment! Be the first one.