“Neftçi”dən “Spartak”a qarşı 10:9 hesablı qələbə – FOTOLAR
Oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika Stadionunun 75 illiyi münasibətilə Bakının “Neftçi” və Litvanın “Spartak” komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Sportify.az xəbər verir ki, qarşılaşma “Neftçi”nin 10:9 hesablı qələbəsi ilə başa çatıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş xüsusi rəmzi məna daşıyıb. Belə ki, 1951-ci il sentyabrın 16-da stadionun açılışı zamanı keçirilən ilk oyunda da məhz “Neftçi” və “Spartak” komandaları üz-üzə gəliblər.
Matçdan sonra futbol veteranlarına hədiyyələr təqdim olunub.
























No Comment! Be the first one.