NTD klubunda yenilənmə
NTD basketbol klubu gənc oyunçular Oğuzxan Quliyev və Mübariz Mirzəyevlə müqavilələrin müddətini daha bir il uzadıb.
Sportify.az xəbər verir ki ki, hər iki oyunçu Azərbaycanın U-20 millisinin üzvüdür.
Komandanın heyətində bir sıra dəyişikliklər də baş verib.
Azərbaycanlı basketbolçular Murad Babayev, Deniz Berkoz, Ramazan Qarayev və Hacısaməd Oğuz NTD-dən ayrılıblar.
Həmçinin legionerlər Harrison Batler, Cessi Ci, Lakim Makaliley, Lanqdon Hatton, Tay Kokfild və Zeyn Noulsla müqavilələr yenilənməyib.



No Comment! Be the first one.